Mübariz Qurbanlı "ordu qəbiristanlığı"nın salınması təklifinə münasibət bildirib

Azərbaycanda ayrıca "ordu qəbiristanlığı"nın salınması təklifi müzakirə oluna bilər. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, hazırda məzarlıqlarda orduda şəhid olanların xüsusi işarələrlə dəfn olunması üçün qayda var: "Qəbiristanlıqlarda şəhidlərin məzarlarının üzərində xüsusi qeydlərin olması qaydası faktiki olaraq qalır. Amma gələcəkdə vahid "ordu qəbiristanlığı"nın yaradılması, yaxud qəbiristanlıqlarda orduda həlak olanların dəfn olunması üçün ayrıca ərazinin yaradılması təklifi də müzakirə oluna bilər".

Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycanda orduda həlak olanlar üçün standart qəbirlərdən ibarət mzarlığın yaradılmasını təklif edib. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR