“İslami dəyərlər və Şəhidlik” mövzusunda seminar-treninq keçirilib

Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşunaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "İslam Həmrəyliyi İli" çərçivəsində"İslami dəyərlər və Şəhidlik" mövzusunda seminar-treninq keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində baş tutan seminar-treninqdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağrov, Muzeyin direktoru Əntiqə Tağıyeva və əməkdaşları, Masallı Regional Dövlət Kollecinin tələbələri, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva İslam tarixinə nəzər salaraq Ulu Öndərimiz Heydər Əliyevin İslam həmrəyliyinə verdiyi önəmə diqqət çəkib.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağrov "İslami dəyərlər və şəhidlik" mövzusundakı məruzəsində "Qurani-Kərim"in şəhidlərə verdiyi dəyərdən, eləcə də dövlətimizin onlara diqqət və qayğısından danışıb. O bildirib ki, bu gün İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu ölkələrin həmrəyliyini aktual məsələyə çevirir. Bu baxımdan cənab Prezidentimizin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli"  elan etməsi zamanın bu çağırışlarına cavab verən çox əhəmiyyətli və mühüm addım idi.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR