Dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə edilib

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda seminar-treninq keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Qazax RİH başçısının müavini Gülayə Həsənova keçirilən tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, keçirilən seminar-treninqlər cəmiyyətin, xüsusilə də gənclərin dini radikalizmə qarşı maariflənməsində əvəzsiz rol oynayır. G.Həsənova vurğulayıb ki, son dövrlər bəzi müsəlman ölkələrində baş verən münaqişələr dini radikalizm və məzhəb ayrı-seçkiliyinin nəticəsidir.

Sonra DQİDK-nın sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filmi nümayiş olunub. Filmin nümayişindən sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizm, ekstremizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən, radikal dini cərəyanların fəaliyyətindən və onlara qarşı mübarizənin başlıca üsullarından danışıb. O, həmçinin Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını bildirib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR