Dindən məqsəd kimi istifadə edənlər

Bütün bunların arxasında İslama zərbə endirmək istəyi durur

Ölkədə dini sahədə maarifləndirmə işlərinin aparılmasına, bu sahədə mövcud olan boşluqların aradan qaldırılmasına yönəlik tədbirlər, maarifləndirici xarakter daşıyan toplantı və konfransların keçirilməsinə baxmayaraq, hələ də müəyyən xarici qüvvələr ölkəmizdə dini zəmində hansısa qarşıdurma, gərginlik yaratmaq planları üzərində işləyirlər. Bunun üçün ölkəmizə İslam adı altında bəzi təriqət sahibləri, radikal dünyagörüşlü "dindarlar"ın ixrac edilməsi də həyata keçirilir.

Qeyd edək ki, bir müddət əvvəl radikal müxalif düşərgənin paytaxtda təşkil etdiyi mitinqlərdə iştireak edən din xadimlərinin müəyyən bir qismi məhz İslam adı altında əsl məqsədi həm dini, həm də bu dinə sitayiş edənləri parçalamaq, eyni zamanda ölkədə dini zəmində qarşıdurma yaratmaq istəyənlərdir. Təbii ki, bu kimi mənfi tendensiya cəmiyyətdə haqlı olaraq etiraz doğurur. Hətta bəzi hallarda bu kimi şəxslər özlərini dini sahədə islahatçı kimi qələmə verməkdən belə çəkinmirlər. İlahiyyatçı Hacı Ceyhun Şükürov deyir ki, dini məsələdə özünü reformist göstərib ağlıllarına gəlini danışanlar, gündəmdə qalmaq üçün nəfslərinin istəyinə boyun əyənlərə xoş gəlmək üçün hər nə desən danışmağa özlərinə ar bilmirlər. Onun sözlərinə görə, bunlar əsasən Türkiyədən ixrac etdikləri bu İslama zidd fikirləri dinin əsaslarından xəbəri olmayan, dindən anlayışları olmayan, dini sadəcə "molla" ilə sərhədləyən dini baxımdan cahil zümrənin gözündə özlərini "alim" göstərmək üçün söz oyunundan məharətlə istifadə edirlər: "Bütün bunların arxasında islama zərbə endirmək istəyən qüvvələrin cahillərdən istifadə edərək bu dinin əsaslarını sarsıtmaq, bu dinin orjinalından həmin dinin mənsublarını uzaqlaşdırmaq istəkləridir. Qismən də olsa bu "alimciklər" sayəsində buna ancaq dinin bilinmədiyi, öyrənilmədiyi və yaşanılmadığı bölgələrdə nail ola biliblər. Dini əqidəsini dünya mənfəətinə satanlar və bu günkü sosial medianın gətirdiyi qısa zaman  kəsiyində məhşurlaşmaq istəyən biçarələr bu fikirləri cəmiyyətdə yaymaqla məşğuldurlar. Onlar bunu heç vaxt bacara bilməyəcəklər. Özləri ağılda olanlar onlara tabe olsa da 14 əsirdi öz orijinallığını Allahın izni ilə qoruyub saxlayan Qurani Kərim və Peyğəmbərinin sünnəsi qiyamətə qədər davam edəcəkdir". Hacı Ceyhun Şükürov deyib ki, dini bizə çatdıran səhabə və əhli beytin kəlamları kafirlər istəməsə də qorunub saxlanılacaq: "Kimlərinsə durub Peyğəmbər sünnəsini inkar etməsi və ya Quranda keçən hər hansı bir hökmü inkar etməsi nə Allaha, nə də onun dininə bir xələl gətirməyəcək. Xələl yalnız insanları azdırmaq istəyənlər üçün olacacaq. Ziyana uğrayan məhz dini öz mənafelərinə uyğun şəkildə yozumlayanlar olacaq. İnsanları bilərəkdən, məqsədli şəkildə Allahdan və onun dinindən uzaqlaşdırmaq istəyənlər üçün yaxşı aqibət vəd olunmur. Xalqımı öz dinlərinə sahib olmaları üçün, on öyrənməyə və həyatlarının bütün sahələrinə şamil etməyə dəvət edirəm. Zəruri dini maarifçiliyə sahib olmalarını bacardıqca dinin əslinə müxalif olan nə varsa hamısını tərk etməlidir".

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev deyib ki, din adına ortaya çıxan radikal qruplar ingilis dərin dövləti tərəfindən dəstəklənir. Onun sözlərinə görə, hazırda minlərlə müsəlman gənc bu təbliğat maşının qurbanına çevrilərək kimlər tərəfindən idarə edildiyini bilmədikləri terrorçu qrupların sırasında fərqli məzhəblərdən olan müsəlmanlara qarşı döyüşə cəlb edilir: "Radikal "İslam"çıların qol-qanad açması ingilis dərin dövlətinin marağında olduğu üçün gizli və ya açıq şəkildə dəstəyini onlardan əsirgəmir. Bütün bunları etməklə ingilis dərin dövlətinin hədəfi isə bunlardır.Müsəlmanlar haqqında terrorçu imicini formalaşdıraraq dünyada islamofobiya hərəkatını güçləndirmək. Öz gizli dəstəyi ilə fəaliyyət göstərən terrorçularla savaşmaq adı altında müsəlman ölkələri işğal etmək. "Müsəlman terrorçu" imicini yaradaraq İslama dönüşün qarşısını almaq". İctimai Birlik sədri qeyd edib ki, ölkələrin terrorizmlə mübarizə çərçivəsində İslam dininin yayılmasına qarşı önləmlər almağa məcbur buraxılması və yaranmış boşluqdan istifadə edərək dinsiz, homoseksual gənclik yetişdirərək gələcəkdə öz ölkələrini sevməyən, milli-mənəvi dəyərlərdən uzaqlaşmış cəmiyyət yetişdirmək də bu plana aiddir: "Bu şəkildə ölkələri zəiflədərək asılı hala gətirmək istəyirlər. Dövlət və millət olaraq əl-ələ verib, milli-mənəvi dəyərlərimizə sadiq, vətənimizi, dövlətimizi, bayrağımızı sevən inanclı gənclik yetişdirərək bu mənfur plana qarşı sədd quraq. Bu məsələdə müsəlmanların üzərinə düşən əsas vəzifə Qurandan kənar uydurmalara etibar etməyərək, İslam adına ortaya atılmış Qurana zidd xurafələrdən uzaqlaşmaqdır. Çünki bu xürafələrin bir çoxu həqiqətən də müsəlmanları nifrət və şiddətə təşviq etməkdədir. Geriçiliyə, zorbalığa, cahilliyə, mərhəmətsizliyə təşviq edən bir anlayış Qurana, İslamın ruhuna tamamən ziddir. Qurandakı müasir, mərhəmətli, keyfiyyətli, hər şeyin ən gözəlini yaşayan müsəlman modelinin yaşanması və təbliği, həm dövlətimizin möhkəmlənməsində, həm də İslam dünyasındakı acıların bitməsində əhəmmiyyətli rol oynayacaq."

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR