Aşura mərasimləri qanun çərçivəsində baş tutacaq

"Aşura tədbirləri ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var və bu fətva kütləvi informasiya vasitələrində yayılıb. Həmin fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səsləndirib. O, bildirib ki, Aşura mərasimləri yüksək səviyyədə, qanun çərçivəsində, fətvada irəli sürülən fikirlər çərçivəsində baş tutacaq: "Dövlət Komitəsinin respublikanın rayonlarında şöbələri, nümayəndələri var. Biz məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk. Bu cür monitorinqlər davam etdiriləcək. Təbii ki, bu monitorinqlərin məqsədi qanuna əməl edilib - edilməməsi haqqında məlumatlanmaqdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR