Müftidən ŞOK FƏTVA: "Oruc zəngin insanlar üçün məcburidir"

ABŞ televiziyalarından birində yayımlanan xəbərdə müxtəlif ölkələrdə kasıb təbəqənin aylıq gəlirini nəzərə alaraq onların oruc tutmasının məcburi yox, könüllü olduğu qeyd edilib. Beynəlxalq Müsəlman Alimləri Birliyinin sədri və Avstraliya Müftisi Mustafa Rəşid orucun yalnız zəngin insanlar üçün məcburi, kasıblar üçün isə könüllü olduğunu deyib: "Onlar oruc tutmasalar da olar".

Mustafa Raşidin fətvası dünya mediasında geniş müzakirələrə səbəb olub. 2013-cü ildə Misirdən Avstraliyaya köçən müfti Mustafa Raşidi daha əvvəl də bir müsəlmanın sərxoş olmadığı müddətdə alkoqollu içkilər qəbul edə biləcəyini demişdi. Hüquq Fakültəsinin dekanı Seif Kazamel fətvanın səhv olduğunu və İslam qaydalarına tamamilə zidd oldyuğunu deyib. Onun sözlərinə görə, din ağlı başında olan, səyahət etməyən və sağlamlamlığında ciddi problemləri olmayan bütün müsəlmanlara oruc tutmağı buyurur. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR