Oruc tutanlara: Artıq çəki almamaq üçün bu cür qidalanın

Gün ərzində yemək saatlarının dəyişməsi və qidalanma vərdişlərində baş verən qəfil dəyişikliklər Ramazan ayında artıq çəkiyə səbəb ola bilər. Lakin balanslı və düzgün planlaşdırılan imsak və iftar süfrələri çəkinin idarə olunmasına kömək edir.

Orucluqda kökəlməmək üçün mütəxəssislərin məsləhətlərini təqdim edirik.

Su və meyvə-tərəvəzi artırın
 
Ramazan ayında oruc tutan insanlar sağlam, kifayət qədər və balanslı qidalanmaya diqqət göstərməlidir. Ümumiyyətlə, adi vaxtlar gün ərzində 3-4 pay yeyilirsə, orucluqda bu, 2 paya düşür. Bu 2 payda şirniyyat, xəmir xörəyi kimi karbohidrat və yağ tərkibi yüksək olan qidaların çox yeyilməsi, su, quru paxlalı, tərəvəz və meyvə miqdarının azalması isə çəki problemlərinə gətirib çıxarır. Ramazan ayında da gündəlik lazım olan zülal, vitamin və mineralın miqdarı dəyişmir.
 
Lifli qidalara üstünlük verin
 
Ramazan ayında artıq çəki almamaq üçün yeməklərin seçimində çox yağlı, duzlu və həddindən artıq şirin qidalardan qaçmaq lazımdır. Bunların yerinə həzmi asan, mədə-bağırsaq sistemində uzun müddət qalan lifli və sellüloz ehtiva edən tərəvəz, meyvə və tam buğda çörəyinə üstünlük verin.
 
Bağırsaq probleminiz varsa, şorbaya yulaf əlavə edin
 

İftara nə çox isti, nə də çox soyuq olmayan yüngül şorbayla başlayın. Bağırsaq problemi olan insanlar şorbalarına yulaf əlavəsi və ya yağlı toxumlar əlavə edə bilərlər. Ətli və ya ətsiz, çox yağlı olmayan tərəvəz yeməyi, evdə mayalanmış qatıq, meyvə, südlü şirniyyatlar, meyvə salatları, püre də yeyə bilərsiniz.
 
Zülal tox qalmanızı təmin edər
 
Zülal tərkibi çox olan qidalar mədənin boşalma müddətini uzadaraq acmaq hissini gecikdirir. Bu mənada ən yaxşı və keyfiyyətli zülal qaynağı yumurtadır. Süd, qatıq, pendir kimi qidalar yeyə bilərsiniz.
 
İmsakda çox duzlu qidalar yeməyin. Meyvəyə üstünlük verin. Mütləq imsaka qalxın. İmsaka oyanmadan oruc tutulursa, ac qalma müddəti 17 saatdan 24 saata qədər uzanacağı üçün bədən aclıq stressinə girə bilər. Bu vəziyyətdə metabolik sürət aşağı düşər və halsızlıq, baş ağrısı kimi narahatlıqlar müşahidə edilə bilər.
 
Bağırsaq tənbəlliyinin qarşısını alın
 
Bağırsağınız tənbəldirsə, probiotik və prebiotik qidalar yeyə bilərsiniz. Çünki
yalnız axşam saatlarında qidalanarsınızsa, bağırsaq fəaliyyəti dayanacaq və qəbizlik problemləri yaranacaq. Qəbizlik problemləri də çəkinin artmasına səbəb ola bilər. Bu kimi problemlərin qarşısını almağın ilk yolu isə su içməkdir. Yetkin insan gündə ən az 1.5-2 litr su içməlidir. Su içmək bağırsaq və böyrəklərin işini sürətləndirir. Ancaq yemək əsnasında su içmək həzm sistemini poza bilər. Su yeməkdən 10 dəqiqə əvvəl və ya yeməkdən 1 saat sonra içilməlidir.
 
İmsakdan ən az 40 dəqiqə sonra yatın

 
Ramazanda çəki almamaq üçün imsaka mütləq qalxmaq lazımdır. İmsakdan ən az 40 dəqiqə sonra yatmaq, suyu yeməkdən əvvəl içmək, yüngül qidalar yemək lazımdır. Ən yaxşı nümunə yumurtadır. Yumurtanı hər formada yeyə bilərsiniz. 1 ovuc çərəzlər zülal dəstəyini möhkəmlədir. Gün içərisində susuzluq yaşamaq istəmirsinizsə, duz nisbəti aşağı qidalar seçin. Lent.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR