Yığmamızın futbolçusuna görə klubuna lisenziya verilmədi

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın komandası "Bursaspor" avrokuboklara buraxılmayacaq.  UEFA "ağ-yaşıllar"ın lisenziya tələbini qəbul etməyib. Buna səbəb kimi 3 futbolçuya olan borc göstərilib. Belə ki, yığmamızın üzvü, həmçinin Bakaye Traore və Tomaş Netsid pulunu ala bilmədiyi üçün FİFA-ya şikayət edib. Bunu nəzərə alan UEFA "Bursaspor"a gələn mövsüm avrokuboklarda iştirak üçün lisenziya verməyib.
 
Bursalılarla yanaşı, "Çaykur Rizəspor", "Kayserispor", "Karabükspor", "Akhisar", "Qaziantepspor" və Reynaldonun formasını geyindiyi "Adanaspor" da lisenziya almayan klublardı. Vəziyyətin düzəldilməsi üçün onların bəzilərinə 1, bəzilərinə isə 2 ay vaxt verilib. "Bursaspor" prezidenti Ali Ay oyunçuların şikayətlərini geri götürmələri üçün onlarla görüşmək qərarına gəlib.
 
Qeyd edək ki, Dəniz Yılmaz bir müddət əvvəl klubu FİFA-ya şikayət etməklə hədələdiyindən, komandadan uzaqlaşdırılmış və transferə çıxarılmışdı. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR