Dini maarifləndirmə tədbirləri artırılır

Mayın 10-da Kürdəmir şəhər (1) məscidi dini icması tərəfindən "İslam təfriqə və xürafata yox deyir" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, Kürdəmir şəhər Gənclər Evində keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov və Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, dini icmanın sədri Aqil Əliyev, məktəb müəllimləri və gənclər iştirak ediblər. Tədbiri giriş nitqi ilə açıq elan edən Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, ölkəmizdə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, həm də dünyəvi dəyərlərə tapınan, tolerant bir müsəlman ölkəsinin beynəlxalq siyasətdə tanınan liderlərdən biri olan Azərbaycan Prezidentinin İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn son dərəcə müdrik və səmimi təşəbbüüsdür.

DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov çıxışında vurğulayıb ki, maarifçilik mövhumat və cəhalət probleminin ən böyük dərmanıdır. Məhz dərin elmi dərketmə, maarifçilik sayəsində gerçək İslam dəyərləri ilə fanatizm və mövhumatı əsaslı şəkildə fərqləndirməyin mahiyyətini ortaya qoyula dini baxışlar haqqında obyektiv qənaətlər cəmiyyətə çatdıra bilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR