İslamda ailə dəyərləri müzakirə edilib

Sumqayıt şəhəri Sumqayıt stansiyası yaşayış massivi məscidi "Vəhdət" dini icması tərəfindən "İslam həmrəyliyi-dini vəhdətə çağırış" layihəsi çərçivəsində "İslamda ailə dəyərləri" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, dini icmanın sədri Eldar Ömərov, məscidin axundu Ələkbər Muradov, icma üzvləri, qəsəbə sakinləri iştirak ediblər. Dini icma sədri Eldar Ömərov İslamda ailə, valideyn-övlad münasibətləri haqqında fikirlərini bölüşüb.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov çıxış edərək ailə institutu, ailə planlaşdırılması, cəmiyyətin inkişafında ailənin rolu barədə danışıb. Son zamanlar artan boşanma halları ilə bağlı narahatlığını dilə gətirən natiq qeyd edib ki, din xadimləri də bu məsələni diqqətdə saxlamalı, insanların bu sahədə maarifləndirilməsində yaxından iştirak etməlidirlər.

Sonra çıxış edən məscidin axundu Ələkbər Muradov mövzu ilə bağlı müqəddəs Qurani-Kərimdən bir neçə surə və ayəni şərh edib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR