Fransız yazıçıdan Dini Komitəyə təşəkkür məktubu

Fransız yazıçısı, "Beynəlxalq Reyn Dərnəyi"nin prezidenti Jerar Kardon Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkür məktubu ünvanlayıb. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, məktubda Jerar Kardon yanvar ayının 17-də Komitə sədri Mübariz Qurbanlının yazıçını və xanımı Nikolası səmimi qarşıladığına görə minnətdarlığını ifadə edib. O bildirib ki, dini məsələlərə münasibətdə Azərbaycan hökumətinin tolerantlıq ruhlu və açıq fikirli olmasından təsirlənib. Yazıçı ölkəmizdəki dini tədrisi yüksək qiymətləndirib. O, Azərbaycanda qadınlar və kişilər arasında hüquq bərabərliyinin təmin olunmasını demokratiya və mənəviyyatın göstəricisi kimi dəyərləndirib.

Yazıçı məktubunda ölkəmizə növbəti səfərləri zamanı Dövlət Komitəsində yenidən görüş keçirməkdən məmnunluq hissi duyacağını da vurğulayıb.

Qeyd edək ki, yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan qadını barədə bədii əsər yazmaq məqsədi ilə ölkəmizdə səfərdə olan fransız yazıçısı, "Beynəlxalq Reyn Dərnəyi"nin prezidenti Jerar Kardonu qəbul edib. Dövlət Komitəsinin sədri ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, Azərbaycanda dini durumun sabit olduğunu, müxtəlif konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR