Mübariz Qurbanlı: “Məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur”

"İslam həmrəyliyinin olması olduqca vacibdir. Çünki zaman sürətlə irəliləyir, dünyada qloballaşma prosesi gedir və bu proses ayrı-ayrı yerlərdə qarşıdurmalara səbəb olur".

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı"İslam həmrəyliyi - zamanın çağırışı" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan prezidentinin təşəbbüsü ilə 2017-ci ilin  "İslam həmrəyliyi" elan edilməsi dünyaya bir mesajdır: "Bu gün dünyada dini zəmində münaqişələr gedir. Həmin münaqişələrdə 700-dən artıq qrup iştirak edir. Lakin ən təəssüfedici məqam bu münaqişələrin çoxunun məhz müsəlman ölkələri ərazisində olmasıdır. Ümumiyyətlə, müsəlman ölkələrində mövcud olan məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur. 32 müsəlman ölkəsi digər məzhəbləri qəbul etmir. Bu, düşündürücü məsələdir".

Komitə sədri qeyd edib ki, islamofobiya ilə bağlı məsələlər Avropada daha qabarıq şəkildə özünü göstərir: "Çox təəssüf ki, bəziləri islam haqında mənfi rəy formalaşdıraraq guya onun dünya üçün təhlükəli olduğunu bildirir və terrorla eyniləşdirirlər. Bu il mühüm tədbir olan İslam Həmrəylik Oyunları ölkəmizdə keçiriləcək. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra islam dəyərlərinin qorunub saxlanması istiqamətində mühüm işlər görülüb, ölkəmizdə çoxlu sayda məscidlər tikilib bərpa olunub, bundan başqa, digər dinlərin məbədləri dövlət hesabına təmir edilir. Bu, ölkəmizdə tolerantlığın nümunəsidir və Azərbaycanın yaşayış tərzidir. Bundan əlavə, Azərbaycan I vitse-prezidenti Mehriban Əliyeva bu sahədə mühüm işlər görüb. Bu gün dünyada sülh və əmin-amanlığı bərpa etmək üçün beynəlxalq təşkilatlar səylərini birləşdirməlidir. Azərbaycan bu sahədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışır". Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR