Azərbaycanın multikultural həyat tərzi nadir bir mədəniyyət nümunəsidir

Allahşükür Paşazadə: "Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir"
 Dekabrın 1-də Bakıda Qafqaz Xalqları Ali Dini Şurası (QXADŞ) "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda ilk olaraq Qafqaz Müsəlmanları İdarəsi və Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə görülmüş tədbirlər barədə hesabat məruzəsi ilə çıxış edib. A.Paşazadə bildirib ki, bu gün çocmillətli və çoxkonfessiyalı Azərbaycanda Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan din-dövlət münasibətləri yüksək səviyyədə davam və inkişaf etdirilir. Azərbaycanda daxili sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır: "Son zamanlar dünyada faciəvi hadisələrin, dini və milli zəmində radikallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə Azərbaycanın multikultural həyat tərzi nadir bir mədəniyyət nümunəsidir. Bu, bizim həyat tərzimizdir. Biz bunu örnək olaraq dünyaya təqdim edirik. Fəxr edirik ki, bu elitar ideyanın müəllifi Zati-aliləri İlham Əliyevdir."Onun sözlərinə görə, Qafqaz Xalqları Ali Dini Şurasının Qafqazda dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün dini konfessiyalarla əməkdaşlıq etməsi bölgədə tarixən formalaşmış multikultural ənənələrə sadiqliyin bariz nümunəsidir: "Müqəddəe dinimz İslamın terrorizmlə, islamofobiya təzahürləri ilə mübarizəsi Qafqaz xalqları Ali Dini Şurasının fəaliyyətində hər zaman önəmli yer tutur". Sonra Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda bildirilir ki, dünyada örnək model kimi qəbul edilən Azəbaycan multikulturalizm və tolerantlıq ənənələri ilə bağlı mövzuların konfransda müzakirəsi böyük elmi, ictimai və siyasi məna daşıyır: "Biz Azərbaycanda tarixi-mənəvi irsin, etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunun saxlanmasına və daha da inkişaf etdirilməsinə dövlət siyasəti səviyyəsində xüsusi önəm verir, dövlət-din münasibətlərinin tənzimlənməsində milli tarixi ənənələr və beynəlxalq hüquqi normalara əsaslanırıq. Sizlər də təmsil etdiyiniz respublikalarda eyni fəaliyyəti fədakarlıqla həyata keçirirsiniz. Ümumi və doğma evimiz olan Qafqazda davamlı sülhün, əminamanlığın bərqərar olmasında, bəşəri dəyərlərin, İslam dininin əsl mahiyyətinin təbliği və təşviqində, yad dini cərəyanların və zərərli təsirlərin vaxtında qarşısının alınmasında sizin kimi din xadimlərinin rolu böyükdür. Qafqaz Xalqları Ali Dini Şurası üzvlərininin ümumi mqsədlər naminə mənəvi tellərlə bir qurumda birləşməsinin hünümüz üçün xüsusi əhəmiyyəti vardır". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, tolerantlıq Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb: "Hazırda dünyada 169 ölkələrarası və daxili münaqişələr var. Dünyanın 40 ölkəsində müxtəlif qanlı savaşlar gedir. Münaqişələr nəticəsində 60 milyon insan yurd-yuvasından didərgin düşüb ki, onun da bir milyonu Azərbaycan xalqının payına düşür. Hazırda dünyanın hər 6 nəfərindən biri münaqişə zonasında yaşayır. Bunlar sosial, siyyasi və məssəblərarası münaqişələrdir. Son 15 ildə münaqişədə həlak olanların sayı 300 faiz artıb. Odur kiŞ dinlər fobiolara qarşı mübarizədə birləşməlidir. Nəzərə almaq lazımdır ki, Qafqazdakı münaqişələr böyük müharibələrə gətirib çıxara bilər". Onun sözlərinə görə, Azərbaycan xalqının ənənsində tolerantlıq var. Xalqın ənənəsində, ruhunda olan tolerantlıq bu gün dövlət siyasəti səviyyəsinə yüksəldilib. Moskvanın və bütün Rusiyanın patriarxı Kirill konfrans iştirakçılarına müraciətində deyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər uğurla inkişaf edir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işləri dəstəkləyirik". Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin din xadimi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyətini yüksək qiymətləndirib: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində sizin din xadimi kimi fəaliyyətiniz əvəzsizdir. Siz uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq istiqamətində fəaliyyət göstərirsiniz. Hazırda dünyada baş verən terror hadisələrinin qarşısını almaq üçün din xadimlərinin birgə fəaliyyətinə böyük ehtiyac var". Sonda Şura sədri və üzvlərinin Prezident İlham Əliyevə müraciəti qəbul olunub. Müraciətdə qeyd edilir ki, Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfransın gedişatı bir daha sübut etdi ki, Azərbaycanda dini durum münbit şəraitə və dinlərarası qarşılıqlı ehtiram ruhuna malikdir: "Zati-aliləriniz tərəfindən 2016-cı ilin Multikulturalizm ili elan olunması müstəqil və demokratik Azərbaycan Respublikasının elitar mədəni siyasətinin göstəricisidir. Bu siyasətin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-alilərinizin səyləri ilə uğurla davam etdirilmişdir. Bu gün Azərbaycan əksər nüfuzlu beynəlxalq və regional təşkilatlarda təmsil olunur, dünya miqyaslı mötəbər tədbirlərlə yanaşı, din xadimlərinin iştirak etdiyi ali məclislərə - MDB müsəlmanları Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının iclaslarına, Dini liderlərin Ümumdünya Sammitinə Bakıda ev sahibliyi edir və dinlərarası dialoqun, multikulturalizmin, sivilizasiyalararası əməkdaşlığın bariz nümunəsini təcəssüm etdirir".
Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR