Müsəlman hansı dəniz məhsullarından istifadə edə bilər?

"Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə(ihramda ikən)dəniz ovu etmək və bu ovu yemək sizə də,yolçulara(səfərdə olanlara)da halal edildi.İhramda olduğunuz müddətdə isə quruda  ov etmək sizə haram buyuruldu.Hüzuruna toplanacağınız Allahdan qorxun!"(Əl-Maidə;96).

"Təzə [balıq]əti yeməyiniz, taxdığınız bəzək əşyalarını[inci, sədəf, mərcan]çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan!)Allahın nemətindən sizin ruzi axtarmağınız üçün sən gəmilərin [suları] yara-yara üzüb getdiyini görürsən. Bəlkə, [bundan sonra Allahın nemətlərinə]şükr edəsiniz!(Ən-Nəhl;14).

"İki dəniz eyni deyildir. Birinin suyu çox şirin,dadlı və içməyə rahat [boğazdan rahat keçən], digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət[balıq]yeyir, taxdığınız[inci və mərcan kimi]bəzəklər çıxardırsınız. Allahın lütfündən və nemətindən ruzi axtarmağınız[ticarət etməyiniz]üçün gəmilərin də orada[suyu]yara-yara üzdüyünü görürsən." ("Fatir";12).

Yuxarıdakı ayələrdən aydın olur ki, "Qurani-Kərim"suda yaşayan bütün heyvanları istisnasız olaraq  yeməyə icazə verir.

Bu ayələri əsas götürən məzhəblər suda yaşayan bütün heyvanları istər balıq, istərsə də digər heyvan olsun qida olaraq qəbul edilməsini halal hesab edirlər. Bu məzhəblərə görə, suda yaşayan heyvanların demək olar ki hamısını yemək olar, istər sağ, istərsə də ölü halda ovlanmış olsun, həmçinin həmin heyvanları müsəlman və ya qeyri-müsəlman ovlamış olsun.

Hənifi məzhəbi  isə,balığa oxşamayan krevet(xırda dəniz xərçəngi), krab(başqa adi:yengəc-onayaqlı dəniz xərçəngi)istridyə(dəniz ilbizi) və digər dəniz heyvanların yeyilməsini məkruh hesab edir.

Elmira Qafarova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR