Ukraynalı rəssamın Azərbaycanla bağlı əsərlərinin sərgisi keçirilib

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyi 5 illik yubileyi münasibətilə silsilə tədbirlərə sart verib. "OLAYLAR" xəbər verir ki, Jitomir şəhərinin İncəsənət Qalereyasında ukraynalı rəssam İrina Benderovskinin Azərbaycanla bağlı çəkdiyi əsərlərin sərgisi keçirilib.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin təşəbbüsü, UABD-nın Jitomir nümayəndəliyinin dəstəyi və təşkilatçılığı ilə keçirilən sərgidə, həmçinin rəssamın müxtəlif mövzularda çəkdiyi əsərlər də nümayiş olunub.

Sərginin açılışında UABD-nın Jitomir regional nümayəndəliyinin sədri Rac Qasımov rəssam İrina Benderovskiyə Azərbaycana olan sevgisi və göstərdiyi diqqətə görə təşəkkür edib.

Jitomir Aqrar Universitetinin rektoru Oleq Skidan, ukraynalı deputat və Jitomir Aqrar Universitetinin prorektoru İvan Martinçuk Jitomirdəki Azərbaycan diasporunun rəhbərliyini və üzvlərini yubiley münasibətilə təbrik ediblər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) sədrinin müavini Elşad İbrahimov, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədri Damət Əsgərov UABD-nın Jitomir nümayəndəliyinin 5 illik fəaliyyətini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzu ediblər.

Sonda yubiley münasibətilə UABD-nın Jitomir regional nümayəndəliyinin sədri Rac Qasımov bir sıra şəxslərə diplomlar təqdim edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR