Diaspora Komitəsinin 16 yaşı tamam olur

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümüdür. Bu münasibətlə Komitədə  tədbir keçirilib.

"OLAYLAR"-a Komitənin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə Komitənin kollektivi  Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı üstünə əklil və gül dəstələri qoyublar. Daha sonra oftolmoloq alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib və  üzərinə gül dəstələri qoyulub.

Tədbiri giriş sözü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açıb, diaspor sahəsində dövlət siyasəti, görülən işlər, diaspor hərəkatına yeni yanaşmalar və planlar barədə məlumat verib.

Dövlət başçısının müvafiq sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunan diaspor nümayəndələri- Misirdəki Azərbaycan Diasporunun rəhbəriNəsirov Seymur Rəhim oğlu, Moskvada Rusiya Vəkillər Gildiyasının üzvü Qarayev Ələkbər Qara oğlu və Amur vilayətindəki Azərbaycan icmasının üzvü Əsgərov Məhəmməd Xəlil oğluna  medallar təqdim edilib.

Komitənin yeni loqosunun, yenilənmiş veb saytının, ilk dəfə yaradılan diaspor xəritəsinin təqdimatı keçirilib.

Bildirilib ki, diaspor hərəkatını xarakterizə edən 100 videorolik hazırlanır,  tədbir zamanı onların  bir neçəsi nümayiş olunub.

Bundan başqa yenicə hazırlanmış himniilk dəfə təqdim olunub

Tədbirdə Komitənin əməkdaşları, bəzi diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri, media təmsilçiləri iştirak edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR