Deputatımız AŞPA-nın komitə iclasına qatılıb

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  Bərabərlik və qeyri-diskriminasiya, miqrasiya komitələrinin iclaslarında iştirak etmək Fransaya səfər edib. 

Bu barədə Milli Məclisdən "Olaylar"a verilən xəbərə görə, Parisdə keçiriləcək iclaslarda Suriyaya qonşu ölkələrdə qaçqınların humanitar vəziyyəti, yeni texnoloji vasitələrdən miqrantların xeyrinə istifadənin əsasları, Avropada diaspor təşkilatlarının fəaliyyəti, uşaqlara qarşı zorakılıqla mübarizə və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. Millət vəkili müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək. Daha sonra S. Qafarova Almaniyanın İqtisadi Əməkdaşlıq və Federal Nazirliyinin dəstəyi ilə "Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı" çərçivəsində təcrübə mübadiləsi toplantısında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edəcək. Səfər iyunun 6-da başa çatacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR