Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik ediləcək

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi 1999-cu ildə qəbul olunan Cinayət Məcəlləsindən sonra ən böyük qanun layihəsi hesab oluna bilər". "Olaylar" xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən hazırlanan "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı deyib. V.İsayev qeyd edib ki, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub: "Cinayət Məcəlləsindən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Digər istiqamət isə bir sıra cinayət əməllərinə görə, cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməlləri dekriminalaşdırılmasına nail olmaqdır. Bu əməllərə görə hədd 5 dəfə artırılıb. Nəticədə mülkiyyət əleyhinə bir sıra əməllər dekriminalaşdırılıb. Həmin əməllərin dikreminalaşdırıllması o demək deyil ki, biz həmin şəxsləri cəzasız məsuliyyətdən kənar qoyacağıq. Həmin əməllər İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar. Eyni zamanda həddin 5 dəfə artırılması mülkiyyət əleyhinə bəzi cinayətlərə aid edilmir. Məsələn, yaşayış sahəsinə daxil olmaq, təkrar törədilən cinayətlərə görə həmin hədd əvvəlki həddə saxlanııb. Bu da həmin əməllərin ictimai təhlükəsi ilə bağlıdır. Təhlillər aparılarkən məlum oldu ki, Cinayət Məcəlləsində nəzərdə tutulan bir çox tərkiblərə görə, azadlıqdan məhrum etməyə alternativ sanksiya nəzərdə tutulmayıb. Belə sanksiyaların sayı 60 faizə yaxın idi. Belə halda azadlıqdan məhrum etə ilə bağlı olmayan yeni növ cəzanın - azadlığın məhdudlaşıdırılması cəzasını Cinayət Məcəlləsinə daxil edilməsini təklif etdik".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR