Putin 300 min əsgərlə iki böyük müharibəyə başlaya bilər - MƏRUZƏ

Rusiya prezidenti Vladimir Putin eyni vaxtda 300 min əsgərlə iki genişmiqyaslı müharibəyə başlaya bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda İsveçin Dövlət Müdafiə Tədqiqatları İnstitutunun (FOİ) yeni məruzəsində deyilir.

Hesabatda qeyd edilir ki, bütün aktiv nüvə döyüş başlıqlarının yarıdan çoxu Qərb hərbi dairəsindədir və İsveçə daha yaxındır.

Təhqiqatın rəhbəri Qudrun Persson "Onillik perspektivdə Rusiyanın hərbi imkanları - 2016" adlı məruzədə qeyd edir ki, Rusiyanın silahlı qüvvələri yaxşı təşkil edilib və genişmiqyaslı əməliyyatların öhdəsindən gələ bilər. Təhqiqatın nəticələrinə görə, Rusiya silahlı qüvvələrinin 2016-cı ildə ölkəni xarici təcavüzdən qorumaq qabiliyyəti 2013-cü illə müqayisədə daha yüksək olub.

Rusiyada 2015-ci ildə hərbi büdcə ümumi daxili məhsulun 5,4 faizinə qədər artıb, 2005-ci ildə isə bu göstərici 3,6 faiz idi. Məruzəyə əsasən, Rusiyada eyni vaxtda iki genişmiqyaslı hücum əməliyyatını başlamağa imkan verəcək hərbi alətlər var.

Məruzəyə əsasən, hakimiyyətdə siyasi qərarları qəbul etmək səlahiyyəti daha çox Vladimir Putinin əlində cəmlənib. Qeyd edilir ki, bu vəziyyət Vladimir Putinin özü olmadığı halda qərarların qəbul olunması sürətini azalda bilər.

Eyni zamanda, məruzədə bildirilir ki, Rusiya və qalan dünya arasında münasibətlər hazırda daha pisdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR