Toğrul Allahverdili: “Sərəncam erməni xalqında şok effekt yaradıb”

"Cənab Prezidentin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı Qarabağın və ətraf 7 rayonun işğaldan azad olunmasına ümidi daha da artırır". Bunu  Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

Ekpertin sözlərinə görə, bu bir daha onu göstərir ki, Azərbaycan dövləti öz ərazisinin hər bir qarışına sahib çıxır: "Bu bir növ Ermənistana mesajdır. Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək. Digər baxımdan da bu Sərəncam erməni xalqında şok effekt yaradıb. Bununla erməni xalqının qorxu, xof işində yaşadığı aydın göründü. Sərəncamdan sonra xüsusən sosial şəbəklərdə ermənilər xoflandqlarını açıq biruzə verdilər. Ən vacib məqamlardan biri də odur ki, ermənilər Serj Sərksiyan hakimiyyətinə necə nifrət etdilərini bununla göstərdilər. Onlar Ermənsitan dövlətinin yeritdiyi yarıtmaz siyasətə qarşı çıxır və rejimdən canlarını qurtarmaq üçün hər şeyə hazır olduqlarını bəyan edirlər". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR