Seymur Orucov: “YAP GB müxtəlif istiqamətli layihələr həyata keçirib” 

"Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər il olduğu kimi, yola saldığımız ildə də müxtəlif istiqamətli layihələr həyata keçirib, dövlət siyasətinə dəstək verməyə çalışıb. Belə ki, il ərzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin həyata keçirdiyi layihələr ölkə gəncliyinin inkişafına, maariflənməsinə səbəb olub". Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu ilin əvvəlində də fransız dili dərslərinin tədrisini davam etdirib, "Sosial təhlükəsizlik", "siyasi debat layihəsi", "şahmat dərsləri", "gəncsən öz biznesinə başla", "qüsursuz gələcək", "Azərbaycanın memarı", "Mən Gələcəyin Diplomatıyam", "qəhrəmanlar unudulmur", layihəsi, formula 1 yarışlarına dəstək məqsədi ilə "YAP K-2016"adlı kartinq yarışması, "Gənc sahibkarların bacarıqlarının artırılması" adlı təlim, YAP GB Bakı rayon təşkilatları arasında "debat forumu" "Gənc marketoloqlar məktəbi layihəsi" "fərdi özünüinkişaf"  layihəsi, "Gəlincik" layihəsi, "Mən cəmiyyət arasında" layihəsi, Danışan kitab kimi layihələri həyata keçirib.

2016-cı ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ölkəmizdə keçirilmiş refrendumla əlaqədar əhali arasında maarifləndirmə işləri aparıb, təkcə paytaxt Bakı rayonlarının gəncləri ilə deyil, eyni zamanda Qarabağ zonasının gəncləri, Gəncəbasar zonasının gəncləri, Cənub zonasının gəncləri, Aran zonasının gəncləri ilə görüş keçirib".

S.Orucov bildirib ki, Gənclər Birliyi hər il olduğu kimi bu ildə xalqımızın həssas günlərində - 20 yanvar faciəsinin, Xocalı Soyqırımının növbəti ildönümlərində müvafiq olaraq "Şəhidlər Xiyabanını" və  "Ana Harayı" abidəsini ziyarət edib: "2016-cı ildə də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi beynəlxalq əlaqələrini inkişaf etdirib, bir sıra ölkələrdə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərdə dövlətimizi təmsil edib, eyni zamanda bir sıra xarici ölkə səfirləri Gənclər Birliyi ofisində gənclərlə görüş keçiriblər. Ruminiyanın, Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirlərinin YAP Gənclər Birliyi üzvləri ilə görüşü zamanı gəncləri diplomatiya ilə bağlı maraqlandıran vacib məlumatlar onların diqqətinə çatdırılıb. 2016-cı ildə YAP GB nümayəndə heyəti Çinə səfər edib, bu dövlətin rəsmi şəxsləri ilə görüşlər keçirib. Eyni zamanda Gənclər Birliyimizi təmsil edən nümayəndə heyəti Tiflisdə "Cənubi Qafqazın və Ukraynanın gənc siyasətçilərinin 4-cü forumu"nda iştirak edib, bundan başqa Gürcüstanın İnkişaf Fondunun nümayəndələri YAP Gənclər Birliyi ofisində qonaq olublar.

Gənclər Birliyimiz Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar "Müstəqilliyin 25 ili-müstəqilliyin yaşıdları" adlı konfrans təşkil edib, burada bir sıra rəsmi şəxslər iştirak ediblər. Konfransda Baş Nazirin müavini, Partiyamızın sədr müavini-İcra katibi cənab Əli Əhmədov çıxış edərək, gənclərə öz dəyərli tövsiyələrini verib. Yeni Azərbaycan Partiyasının yaranmasının  24 illiyi ilə əlaqədar Gənclər Birliyimiz Suraxanı rayonunda "Uğurlu yol-24" adlı bilik yarışması keçirib, qalib komandaları mükafatlandırıb.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər il olduğu kimi, bu il də Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar tanınmış ziyalılarla gənclərin görüşünü təşkil edib və bu qəbildən olan bir sıra silsilə tədbirlər həyata keçirib. 2016-cı ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Ulu Öndərin anım günü ilə əlaqədar Heydər Əliyev mərkəzində 9 noyab dövlət bayraq günü ilə əlaqədar  Dövlət bayrağı meydanında olublar.

Gənclər Birliyimiz qarşıda gələn 2017-ci ildə də bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Fürsətdən istifadə edərək, bütün ölkə gəncliyini qarşıda gələn Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edirəm". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR