Diaspor təşkilatlarının sayı 453-ə çatıb

2014-cü il ərzində lobbi quruculuğu istiqamətində dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə həmçinin, müxtəlif ölkələrin parlamentlərində və hökumətlərində təmsil olunan siyasət adamları, ictimai xadimlərlə əlaqələrin qurulması, onların Azərbaycana səfərlərinin təşkili məqsədilə 93 layihə və tədbir keçirilib. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olub. Bildirilib ki,  keçən il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması, tarixi Vətənlə əlaqələrinin gücləndirilməsi əsas vəzifələrdən olub. Xüsusilə gənclərin, ictimai-siyasi xadimlərin  diaspor quruculuğu işinə cəlb olunması və bu istiqamətdə onların fəallığının artırılması prioritet təşkil edib. Ötən il diaspor təşkilatlarının sayında da artım olub və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR