Diaspor təşkilatları tərəfindən 557 layihə həyata keçirilib

2014-cü il ərzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən 557 tədbir və layihə həyata keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, tədbirlər əsasən xaricdəki azərbaycanlıların təşkilatlanması, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılması, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, habelə diaspor təşkilatları arasında Azərbaycan naminə əməkdaşlığın daha da gücləndirilməsi və inkişafı, lobbi quruculuğu kimi istiqamətləri əhatə edib. Dövlət Komitəsinin hesabatında bildirilir ki, 2014-cü ildə keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlərin ən önəmlisi Dövlət Komitəsinin dəstəyi ilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində II Qlobal Açıq Cəmiyyətlər Forumudur.Dövlət Komitəsinin hesabatına görə, ötən il Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın, erməni diaspor və lobbi qruplarının anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədilə 189 layihə reallaşdırılıb. ABŞ, Kanada, Almaniya, Türkiyə, BƏƏ, İsveç, Litva, Gürcüstan, Rusiya və digər ölkələrdə diaspor təşkilatlarımız tərəfindən müxtəlif məzmunlu tədbirlər, kütləvi etiraz aksiyaları, konfrans və seminarlar təşkil olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR