Nazir GUAM ölkələrinə çağırış etdi

"GUAM-a üzv olan dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı da Azərbaycanın müvafiq bəyanatları mövcuddur. Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq"."Olaylar" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın (GUAM) Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında çıxışı zamanı deyib.Nazir bu istiqamətdə işlər davam etdirilməli olduğunu bildirib:"Azərbaycan bu mövqeyi həm Gürcüstan, həm də Ukrayna ilə bağlı bəyan edib. Misal üçün, biz Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq. Hesab edirəm ki, bu prinsipə qarşılıqlı olaraq GUAM-a üzvü olan dörd dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq. Bu, real siyasətdir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR