Əkbər Qoşalı Qırğızıstana gedir
22 May 2013 17:18 MədəniyyətDünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı Qırğızıstana səfər edəcək. Bu barədə "OLAYLAR"-a məlumat verən birlik sədri deyib ki, mayın 28-dən iynun 2-dək baş tutacaq səfərdə məqsəd bu ölkədə təşkil olunacaq Türkçənin Beynəlxalq Şer Festivalında iştirak etməkdir: "Sayca onuncu dəfə keçirilən festival Türkiyə prezidenti Abdullah Gülün dəstəyi ilə paytaxt Bişkekdə baş tutacaq. Türkiyə Yazarlar Birliyinin təşkilatçılığı ilə keçiriləcək şer festivalında bütün türk dünyasından olan gənc şairlər iştirak edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31