"Yahşi Cazibe"nin Barışının biabırçılığı

Türkiyə ilə yanaşı, Azərbaycanda populyar olan, sonra da qalmaqalla başa çatan "Yahşi Cazibe" teleserialında Barış rolu ilə məşhurlaşmış aktyor Gökçe Özyol rüsvay olub

Onun məhkəmə prosesi başlanıb. Milli.Az AHT-yə istinadən bildirir ki, tanınmış aktyor xanımı, aktrisa Gökçe Aytac Özyolu vəhşicəsinə döyməkdə suçlanır. Prokuror aktyorun 6,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir. Onun arvadı, aktrisa Aytac Özyol isə ərini təhqir etməkdə və vurmaqda suçlanıb. Aktrisanı 3 ilədək həbs gözləyir. Gökçe Özyol ilə Gökçe Aytac Özyol 2 il əvvəl evlənmişdilər. Bir müddət sonra onların arasında dava-dalaş başlanıb və ərlə-arvad bir mənzildə yaşasalar da, düşmən kimi davranıblar. Daha sonra Gökçe Özyol dostunun arvadını evə, səhər yeməyinə dəvət edib. Gökçe Aytac Özyol da buna hirslənib, "bunu mənə niyə demirsən?!" deyərək ərini söyüb, sonra tava ilə ərinin başına vurub. Gökçe Özyol arvadını döyüb, yumruqlayıb, təpikləyib. Aktrisanın üzündə bir neçə sümük sınıb. Davada aktyorun qolu sınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31