Deputat Anceliyə Coliyə xərçəngə qarşı meyvə göndərdi

Söhbət qaysıdan gedir

Xərçəng riski daşıdığı üçün süd vəzilərini kəsdirən Hollivud aktrisasına Türkiyədən hədiyyə göndərilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkili Ömər Faruk Öz tanınmış Hollivud ulduzuna qaysı göndərib.
Araşdırmalar nəticəsində qaysıda xərçəngin qarşısını alan maddə olduğunun aşkarlandığını deyən Faruk Öz BMT-nin xoşməramlı səfiri Colinin tezliklə sağalması üçün belə bir addım atdığını deyib. Qaysını ulduza çatdırılması üçün Türkiyənin Los Angelesdəki səfirliyinə göndərdiyini deyən AKP-li (hakim Ədalət və İnkişaf Partiyası) millət vəkili bu yolla diqqəti sağlam həyat üçün meyvə və tərəvəz istehlakının əhəmiyyətinə cəlb etdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31