Azərbaycanlı müğənninin gizli saxladığı nişan xəbəri aşkarlandı VIDEO
Elvin Abdullayev payızda evlənir
22 May 2013 11:28 MədəniyyətDaha bir müğənnimizin xeyir xəbərini sizə çatdırırıq. ANS PRESS-in məlumatına görə, bu dəfə gənc müğənni Elvin Abdullayev subaylığın daşını atmağa qərar verdi. Bir müddət əvvəl nişanlanan sənətçi payızda özünə toy edəcək. Amma nədənsə Elvin bu xəbəri gizli saxlayıb. İfaçı ATV-nin "10lar" proqramının kameralarını görüncə tələm-tələsik barmağındakı nişan üzüyünü çıxarıb cibinə qoyub.Yaxalandığını görüncə isə şəxsi həyatından danışmaq istəmədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31