Bakıda hava

Mədəniyyət

Aygünlə Röya saçyoldusuna çıxdı

Kamilə Babayevanın toyunda dava düşdü

yunun 6-da tanınmış teleaparıcı Kamilə Babayevanın toyu olub. Mərasim Kamile xanımın və həyat yoldaşının istəyi ilə qapalı keçirilib. Yəni media təmsilçiləri toya buraxılmayıb. Jurnalistlərə məclisdən geniş reporrtaj hazırlamağa şərait yaradılmayıb. Amma buna baxmayaraq toydan bir neçə foto-görüntü saytlara yol tapmışdı. Toyda tanınmış müğənnilərdən bir neçəsi iştirak edirmiş. Xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxan da toya oxumaq üçün dəvət alıblarmış. Onlar mahnı ifa etmədən öncə rəqs meydançasında oynayırlarmış.Toyda iştirak edən bir nəfərin musavat.com-a verdiyi ekskluziv məlumata görə, Aygün rəqs edə-edə Röyaya yaxınlaşıb. Əyilib ona nəsə deyib. Bundan sonra dava düşüb. Röya Aygünün saçından yapışıb onu vurmağa başlayıb. Həmçinin Aygün də Röyanın saçına əl atıb. İki tanınmış müğınni sözün əsl mənasında yüzlərlə qonağın gözləri qarşısında saçyoldusuna çıxıblar. Məlumatı verən şəxsin sözlərinə görə onları aralamaq çox çətin olub. Bir neçə dəqiqəlik süpürləşmədən sonra birtəhər müğənniləri ayırmaq mümkün olub. Bu biabırçı səhnəyə şahidlik edən şəxsin saytımıza verdiyi məlumata görə, Röya məclisdən oxumadan yarımçıq ayrılıb. Aygün isə toyda qalıb. O bir neçə mahnı oxuyandan sonra məclisi pərt halda tərk edib. Xatırladaq ki, bu iki müğənni arasında neçə illərdir ki, qalmaqal var. Bir neçə ay öncə isə Aygünlə Röya televerilişlərdən birində barışdıqlarını elan etdilər. Öpüşüb qucaqlaşan iki məşhur müğənni birgə mahnı da oxudular. Amma görünür bütün bunlar görüntü xarakterli olub. İki müğənni arasında dava gizli-gizli davam edirmiş. Mənbəmiz onu da dedi ki, Kamilə Babayeva bu davaya görə bərk dilxor olub. Yaxınları onu sakitləşdirmək istəsələr də onu stresdən çıxarmaq sonadək mümkün olmayıb. Yeni bilgiləri oxucularla paylaşacağıq. Bizi izləyin.


 


Ad: aysu meherremova;   E-mail: meheremova.aysu@mail.ru

12.06.2012 11:11

bedbextler

Ad: vagif cafarov;   E-mail: vg_jafarov@hotmail.com

07.06.2012 19:43

Royaya emekdar artist ne vaxt verdilerki?
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  






Xəbər lenti

Arxiv

Noyabr 2014
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

































KATEQORİYALAR