Kəmaləddin Qədimin “Yaşamaqda nə varsa” adlı kitabı işıq üzü görüb
Poema və şeirlər toplusu sayca şairin nəşr edilmiş altıncı kitabıdır
27 Fevral 2013 12:02 MədəniyyətŞair Kəmaləddin Qədimin sayca altıncı - "Yaşamaqda nə varsa" adlı kitabı işıq üzü görüb. Kitabda şairin son illərdə yazdığı şeirlər və "Köç" adlı poeması yer alıb. Bundan başqa şair "Yığış gedək, günahım", "Günahı yazan mələk" və s. kitabların müəllifidir. Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Ələkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31