MDB məkanında rusiyalı turistlərin ən çox səfər etdiyi 3-cü şəhər Bakıdır

Bakı rusiyalı turistlərin MDB məkanında ən populyar şəhərlər seçimində TOP-3-ə düşüb. "TurStat" agentliyinin araşdırmasının nəticələrinə əsasən, Bakı rusiyalı turistlər arasında ən populyar MDB şəhəri Minsk və Astanadan (Qazaxıstan) sonra III yeri tutub. Bu barədə "Lenta.ru" yazıb.

Turistlər Belarus paytaxtına orta hesabla 2,5 günlük səfər edirlər. Burada orta xərc bir gün üçün təxminən 70 dollar təşkil edir. II yerdə Astana (2 gün; 85 dollar/gün), III yerdə Bakı (3 gün, 78 dollar/gün) sıralanıb. Həmçinin, "TOP 10"a Yerevan, Almatı, Daşkənd, Aşqabad, Kiyev, Kişinyov və Bişkek daxildir.

Araşdırmaya əsasən, ən bahalı şəhərlər Astana və Bakıdırsa, ən ucuz Bişkek və Kişinyovdur. Son iki şəhərdə turistlər gündəlik müvafiq olaraq 32 və 35 dollar xərcləyirlər.

Qeyd edək ki, reytinq onlayn bronlaşdırma sistemi üzrə aparılan analiz əsasında hazırlanıb. Virtualorg.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz: