Terror barədə yalan məlumat verən iranlıya hökm oxundu
Reza Xeyirxah 5 il azaldıqdan məhrum edildi
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda terror barədə yalan məlumat yaymaqda təqsirləndirilən İran vətəndaşının işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Prosesdə iş üzrə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Reza Xeyirxah 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxs ötən ilin sonlarında Bakıda Cavanşir körpüsünə bomba qoyulması barədə polisə məlumat verib. Keçirilən əməliyyat nəticəsində məlumatın yalan olduğu müəyyən edilib və təqsirləndirilən şəxs saxlanılıb.
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
Terror barədə yalan məlumat verən iranlıya hökm oxundu
Yazılma Tarixi :
04.02.2010
Xəbər Etiketləri :
Terror barədə yalan məlumat verən iranlıya hökm oxundu