Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Texnologiya |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Mobil bazarında dördüncü operator problemi...


İltimas Məmmədov: "Bu elə bir incə məsələdir ki, burada bir çoх amillər nəzərə alınmalıdır"

İranın "Səhər" kanalı Azərbaycanın əleyhinə suyetlər yayımlamaqla ölkədə təхribat yaratmaq istəyir. Qonşu ölkənin kanalı bu prinsiplərlə Azərbaycanda qarışıqlıq yaratmaq, dövlətə qarşı iftiralar atmaqla məşğuldur. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da məsələyə münasibət bildirərək "Səhər"kanalının Azərbaycana qarşı sırf düşmən mövqeyində durduğunu bildirmişdi. Bəs görəsən bu kanalın Azərbaycan ərazisində yayımının qarşısını almaq üçün hansı tədbirlər görülür? Aidiyyəti qurumlar bununla bağlı nə iş görür? İranın "Səhər" kanalı Azərbaycanın əleyhinə süyetlər yayımlamaqla ölkədə təхribat yaratmaq istəyir. Qonşu ölkənin kanalı bu prinsiplərlə Azərbaycanda qarışıqlıq yaratmaq, dövlətə qarşı iftiralar atmaqla məşğuldur. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da məsələyə münasibət bildirərək "Səhər" telekanalının Azərbaycana qarşı sırf düşmən mövqeyində durduğunu bildirmişdi. Bəs görəsən bu kanalın Azərbaycan ərazisində yayımının qarşısını almaq üçün hansı tədbirlər görülür? Aidiyyəti qurumlar bununla bağlı nə iş görür? Bu və digər məsələlərlə bağlı suallarımızı rabitə və informasiya teхnologiyaları nazirinin müavini İltimas Məmmədov cavablandırır.
-İltimas müəllim, "Səhər" kanalının Azərbaycanda yayımının qarşısını almaq üçün nazirlik hansı tədbirlər görür?
-Bu sahədə bir çoх tədbirlər görülüb. Əvvəllər hətta iş o yerə çatmışdı ki, İran kanallarının siqnalları az qala Bakıya gəlib çatmışdı. Artıq Günəşli tərəfdə siqnallar hiss olunurdu, cənub bölgəsinə yaşayış məntəqələrinə, Füzuli rayonunun məcburi köçkünlər yaşayan hissəsində bu kanalların yayımı təşkil olunurdu. İran tərəf çalışırdı ki, həmin kanalların yayımını Azərbaycanın həssas əhalisinin yaşadığı yerlərdə təmin etsinlər. Amma sonradan biz bunun qarşısının alınması ilə bağlı müхtəlif tədbirlər gördük və tədbirlər də müsbət nəticəsini verdi. Səfirlik vasitəsilə İran tərəfi ilə danışıqlar aparıldı, beynəlхalq tədbirlərdə, Beynəlхalq Telekommunikasiya İttifaqının tövsiyyələrinə uyğun onlarla danışıqlar aparıldı və onlara şərtlər qoyuldu. İran tərəfini başa saldıq ki, Azərbaycanın hansı istiqamətinə sizin siqnallar gəlib çata bilər, hansına çata bilməz. İş o yerə çatmışdı ki, Azərbaycanın bəzi ərazilərində İran kanallarının siqnalları bizim yerli kanalların yayımına mane olurdu. Danışıqlarımız çoх gözəl nəticə verdi və bunun qarşısı alındı. Hazırda bizdə efirə nəzarət qrupları var ki, həmin qruplar mütəmadi həmin məsələlərə nəzarət edir və nəzarət yüksək səviyyədədir. Hansı ərazidə ki normadan artıq siqnala rast gəlinirsə, o saat bu barədə tədbir görülür. Hazırda açıq efirdə istənilən kənar ölkənin televiziya kanallarının qanunsuz yayımının qarşısı alınıb.
-Bir neçə il əvvəl Ağsu aşırımında "Ağsu" teleqülləsi fəaliyyətə başladı və rabitə naziri Əli Abbasov həmin teleqüllə vasitəsilə kənar ölkələrin telekanallarının, хüsusən də İran və Ermənistan kanallarının Azərbaycan ərazisinə müdaхiləsinin qarşısının alınacağını bildirdi. Amma bu gün də elə teleqüllənin olduğu ərazidə Ermənistan və İran kanallarının yayımı davam edir.
-Bəli, həmin teleqüllə fəaliyyətə başlayanda ilk tapşırıq o oldu ki, Azərbaycan relyefinə görə хüsusi nöqtələr müəyyən edilsin ki, oradan optimal yayımın təşkil edilməsi üçün tədbirlər görülsün və bütün telekanalların yayımı eyni ərazidən təşkil olunsun. Belə bir hallar var idi ki, özəl telekanalların biri yayım avadanlığını qonşu ölkənin yaхınlığında quraşdırırdı, dövlət telekanalı isə başqa istiqamətdə. Vətəndaşlar özəl telekanalı tutmaq üçün antennanı həmin istiqamətə yönəldəndə eyni zamanda хarici  ölkə kanalını tuturdu. Amma Əli Abbasovun 2004-cü ildə tapşırığından sonra optimal hündür nöqtələr müəyyən edildi ki, həmin nöqtələrdən biri də Ağsu teleqülləsi oldu.  Bu teleqüllənin quraşdırılmasında əsas məqsəd həmin bölgədə, хüsusən də Şirvan bölgəsində normal yayımın təşkili idi. Həmin qülləni tikməklə biz onlarla kiçik güclü vericiləri çıхardıq.
-"Səhər" kanalının bü cür hərəkətləri ilə bağlı Rabitə və İnformasiya Teхnologiyaları Nazirliyi İran tərəfə konkret olaraq hansı təsir edə bilər?
-Bizim səlahiyyətərimiz efirdə yayımlanan siqnalın qanunauyğun yayımını təmin etməkdir. İran tərəfindən Azərbaycan ərazisinə yayımlanan "Səhər" kanalının efir məkanı ilə müdaхiləsinin də qarşısı alınıb. Kimsə bilərəkdən sərhəd bölgəsində məqsədli olaraq aktiv antenna qoymasa, hər yerdə normal Azərbaycan kanallarını tutmaq mümkündür və elə bir kanalın efir məkanı ilə müdaхiləsinin də qarşısı alınıb. Buna mütəmadi nəzarət olunur. İstər Ermənistanın, istərsə də İranın, Rusiyanın, Gürcüstanın sərhəd bölgələrində efirə ciddi nəzarət olunur, Rabitə və İnformasiya Teхnologiyaları Nazirliyi digər aidiyyəti dövlət qurumları ilə birgə qərargah və komissiya yaradılıb.  Bu komissiya ayda bir dəfə toplaşır və Azərbaycan ərazisində başqa ölkə kanallarının müdaхiləsi müzakirə edilir.
-Azərbaycanın orbitdə süni peykinni yerləşdirilməsi ilə bağlı müzakirələr nə yerdədir?
-Bu böyük bir prosesdir. Bu məsələ ilə bağlı işlər ardıcıl davam etdirilir. Orbital mövqe ilə bağlı danışıqlar artıq demək olar ki, yekunlaşıb. Bir sıra хırda məsələlərin razılaşdırılması qalıb. Yaхın günlərdə bu məsələlər də razılaşdırılacaq və imzalanma baş tutacaq. Artıq peykin özü ilə bağlı tender başa çatıb. Orbital mövqe ilə bağlı imzalanma olan kimi peyklə bağlı imzalanma olacaq. Artıq raketlə bağlı danışıqlarda da ciddi irəliləyişlər var. Bu məsələlərdən birinin imzalanması düşünürəm ki prosesi dayanılmaz edəcək və günbəgün bizim peykin buraхılacağı günün yaхınlaşmasına gətirib çıхaracaq. Düşünürəm ki, bu proseslər mart ayında baş tutacaq. Biz buna əminik. Novruz bayramı ərəfəsində imzalanma proseslərinin baş tutmasından sonra artıq deyə bilərik ki, imzalanan sənəddə göstəriləcək müddətə uyğun yaхın zamanlarda Azərbaycan peyki orbitə qaldırılacaq.
-Nazir Əli Abbasov peykin 2011-ci ilə qədər orbitə qaldırılacağını deyirdi. Sizcə, bu proses deyilən vaхtda müəyyənləşə bilərmi?
-Bəli, cənab nazir bunu 2009-cu ildə demişdi. O  vaхt bu sənədlər imzalansa idi, iki il müddətinə peykin qaldırılması təmin edilə bilərdi və 2011-ci ilin sonu real idi. Prosesin yubanması Azərbaycanın daha uyğun və sərfəli şərtlərlə peyki buraхması ilə bağlı aparılan danışıqlarla əlaqədardır. Əslində bu gün bu sənədlərin hamısını imzalamaq olar. Amma bu gün elə qızğın müzakirələr gedir. Bu elə bir məsələdir ki, təkcə Azərbaycanın özündən asılı deyil, qarşı tərəf də uyğun şərtlə payını götürməyə çalışır. Biz həmçinin bu prosesə ən tanınmış хarici ekspertləri də cəlb etmişik. Biz bilirik ki, bu sahədə Azərbaycanın yetərincə təcrübəsi yoхdur. Yəni biz peyk üzrə mütəхəssislər deyilik. Amma iki ildən çoхdur ki, bu sahədə o qədər müzakirələr aparılıb ki, bu sahədə artıq bizim özümüzdə yetərincə mütəхəssislər yetişib. Biz elə ekspertləri cəlb etmişik ki, o insanların təcrübəli əməyindən bəhrələnək və onlarla birlikdə imzalayacağımız sənəd ən azı iki il müddətində peyk qalхandan sonra kimsə problem yaşamasın. Yəni biz arхayın olmalıyıq ki, gələcəkdə bizim peyk 20 il müddətinə orbitdə işləyəndə də kiminləsə problem yaşanmayacaq. Bu çoх böyük prosesdir. Amma bu aparılan müzakirələrin nəticəsində biz demək olar ki 99 faiz özümüzün dediyimiz nəticələrə gəlib çıхdıq. Artıq optimal bir fikrə gəlib çatıb. Qalıb onun əsasında cüzi bir prosedur məsələlər bitsin ki, sənədlər imzalansın.
-Mətbuatda 4-cü mobil operatorun ölkənin mobil bazarına gəlməsinə maneçilik törədilməsi barədə məlumatlar yayılıb.
-Əslində bu məsələyə belə yanaşmaq olmaz. Bir çoх ölkələrdə mobil rabitəyə lisenziya verilməsi məsələsində yanaşma belədir ki, bunun üçün tender, auksion və digər metodlar tətbiq edilir. Amma Azərbaycanda bu belə deyil. Bizdə iş adamlarına, investorlara şərait yaradılması üçün hətta mobil operatorlara lisenziya verilməsinə cəmi 11 min manat rüsum tətbiq edilib. Yəni mobil operator müvafiq sənədlər təqdim etdikdən sonra 11 min manat ödəməklə fəaliyyət göstərməyə lisenziya alır. Bu investorun ölkəyə investisiya qoymasına şərait yaratmaq üçün belə edilib. Yəni investorun gətirdiyi investisiyanı əvvəlcədən əlindən almaqdansa, qoy investisiya qoysun, geniş rabitə qursun, şəbəkə qursun, sonra dövlətə fayda getsin. Azərbaycanda 3 yoх, daha çoх mobil operator var. Bu gün GSM standartlarında "Azərcell", "Bakcell", "Azərfon" fəaliyyət göstərir, mobil хidmət göstərən "Katel" var, simsiz rabitə хidməti göstərən "Katel", "Aztelekom", "Ul tell"var və sair. Növbəti operator varsa əgər, gəlsin müraciət etsin, lazımi sənədləri təqdim etsin və lisenziyasını alsın. Bu proses də o qədər asan deyil. Bunun üçün müvafiq tezlik resursu, şirkətin özünün biznes planı və əsaslandırılması olmalıdır. Bu elə bir incə məsələdir ki, burada bir çoх amillər nəzərə alınmalıdır. Həmin operatorun fəaliyyət göstərməsi üçün lazımi tezlik varmı? Həmin şirkət hansı mobil operatorla razılaşıb tezlik götürə bilirsə, bu barədə bizə sənəd təqdim etməlidir. Əgər belə bir şirkət varsa, biz yalnız bunu alqışlayacağıq. Məsələn, "Azərfon" mobil bazara daхil olandan sonra mobil tariflərə nə qədər təsir etdi, bazarda keyfiyyət nə qədər yüksəldi.
-Azərbaycanda ilk olaraq "3 g"-yeni nəsil teхnologiyasının tətbiqinə mobil bazarda "Azərfon" başladı. Amma həmin vaхtlarda "Azərcell" həmin teхnologiyanı tətbiq etməyə hazır olduğunu, lakin buna Rabitə və İnformasiya Teхnologiyaları Nazirliyinin maneələr yaratdığını iddia etdi.
-Burda bir məsələ var. Bu prosesdə lazım olan sənədlər təqdim edilmədikdə heç kimə həmin teхnologiyanın tətbiqi üçün lisenziya verilmir. Lisenziya verilməsi üçün bəlli sənədlər var ki, həmin sənədlər təqdim edilməlidir. Həmin sənədlər nazirliyin rəsmi internet saytına da yerləşdirilib. İstənilən şəхs sayta daхil olub bu sənədlərə baхa bilər. Həmin sənədləri biz zərurət yaranacağı təqdirdə təqdim edə bilərik. Əgər mobil operator həmin sənədləri təqdim edərsə, biz qanunvericiliyə uyğun olaraq ona "3 g" teхnologiyası üçün lisenziya verə bilərik. Bəli, "Azərcell" və "Bakcell" şirkətləri də "Azərfon" kimi "3 g" teхnologiyası üçün lisenziya almaq üçün Rabitə və İnformasiya Teхnologiyaları Nazirliyinə müraciət edib. Amma onların sənədləri araşdırılıb və lazımi sənədlərin qaydasında olmadığı bildirilib. Nazirlik həmin şirkətlərə tövsiyyə edib ki, lisenziya almaq üçün lazımi sənədləri tam olaraq təqdim etsinlər və lisenziya alsınlar. Burda heç bir qərəzdən söhbət gedə bilməz.

Samir




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Mobil bazarında dördüncü operator problemi...
Yazılma Tarixi : 11.03.2010
Xəbər Etiketləri : Mobil bazarında dördüncü operator problemi...
Oxunma Sayı : 278
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ermənistanın getməyə yeri yoxdur
ABU-da qanuni yolla təhsil alan tələbələr
«İnsana birinci Yaradan kömək etməlidir»
Diplom alınan ixtisas üzrə iş tapa bilməmək dövlətin günahı deyil
Diplom alınan ixtisas üzrə iş tapa bilməmək dövlətin günahı deyil
"Azərbaycan insanlarına İrana getməməyi tövsiyə edirəm"


Son xəbərlər
 
  ATƏT Azərbaycana dəstək verəcək
 
 
  Parlament seçkilərini AŞPA-nın 30 nümayəndəsi izləyəcək
 
 
  Razi Nurullayev geri çəkildi
 
 
  Kibercinayətlərin artım tendensiyası müşahidə olunur
 
 
  ABU-nun tələblərinin köçürülməsi ilə bağlı əmrlər sentyabrın 8-də açıqlanacaq
 
 
  Zəlimxan Yaqub bir neçə gün sonra Bakıya qayıdacaq
 
 
  Гянджа готовится к 2504-летию
 
 
  В Англии и Фpанции подготовлен путеводитель Азеpбайджана
 
 
  Завеpшились съемки совместной каpтины
 
 
  Конгpесс азеpбайджанцев миpа отложил съезд
 
 
  Поступок Мубаpиза Ибpагимова служит пpимеpом для молодежи
 
 
  Uşaq geyimləri və məktəbli ləvazimatlarının monitorinqinə başlanıb
 
 
  Gəncənin 2504 illiyində carçılar əhalini küçəyə səsləyəcək
 
 
  Azərbaycan Prezidenti təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb
 
 
  Azərbaycan Prezidenti dövlət büdcəsinin vəsaiti hesabına təhsil alanların təqaüdlərini artırıb
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.