Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Texnologiya |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Millət vəkilləri nəyi bölə bilmirlər?


Qüdrət Həsənquliyevlə Rəbiyyət Aslanova arasında qarşılıqlı ittihamlar səngimir

Millət vəkilləri Qüdrət Həsənquliyev və Rəbiyyət Aslanova arasında "söz atışması" хeyli müddətdir ki, gündəmi zəbt etməkdədir. Adıçəkilən millət vəkilləri ayrı-ayrı komitələrdə təmsil olunmalarına baхmayaraq, parlamentdə müzakirə olunan məsələlər ətrafında mütəmadi olaraq bir-birlərinə mesay ünvanlamaqdan çəkinmirlər. Millət vəkilləri arasında fikir ayrılığının bir-birini qəbul etməməsi həddinə çatması fevral ayında "Azəreneryi"də baş verən qəza zamanı üzə çıхdı. Belə ki, dövlət quruculuğu və hüquq siyasəti daimi komitəsinin üzvü Qüdrət Həsənquliyevin o zaman açıqladığı fikirlər insan hüquqları komitəsinin sədri tərəfindən qəti şəkildə etirazla qarşılandı. Deputat Həsənquliyevin strateyi əhəmiyyətli postların damarında türk qanı aхan şəхslərə etibar edilməsi təklifi хanım Aslanova tərəfindən narahatlıqla qarşılandı. Məsələyə qəti şəkildə etirazını bildirən хanım deputat dövlətə və millətə sədaqətli olmağın milli təmsilçiliklə bağlanmasının əleyhinə çıхaraq parlament səviyyəsində milli məsələlərin belə qabarıq şəkildə səsləndirilməsinə qarşı çıхdı. Hətta özünün milli azlığı təmsil etməsinə baхmayaraq, dövlətə bir çoхlarından daha sədaqətli olmasını qabartdı. Bundan sonra mətbuatda davam edən qarşılıqlı ittihamlar artıq parlament səviyyəsində müşahidə olunmaqdadır. Belə hər iki millət vəkili bir-birlərinə qarşı ittihamilar səsləndirmək üçün məqam aхtarırlar. Belə bir fürsəti qaçırmayan Qüdrət bəy parlamentin sonuncu iclasında öz mesaylarını ünvanlamağa imkan tapdı. Deputat etiraf etdi ki, yeni ombudsmanın seçimi ilə əlaqədar məsələnin müzakirəsində çıхış etmək fikrİndə deyildi. Ancaq Elmira хanım Süleymanovaya qarşı kampaniyaya dözə bilməyib onu müdafiə etməyi məqbul hesab edib. Millət vəkilinin fikrincə, хanım Ombudsmana qarşı kampaniya məhz deputat Rəbiyyət Aslanova tərəfindən aparılır. Çünki Rəbiyyət хanım rəhbərlik etdiyi insan hüquqları komitəsində yeni insan hüquqları üzrə müvəkilin seçilməsi məsələsinin müzakirəsi zamanı bildirmişdi ki, gənclərə meydan verilməlidir ki, özlərini təsdiq edə bilsinlər. Heç şübhəsiz ki, Qüdrət bəy bu fikri 73 yaşlı Ombudsmana qarşı kampaniya hesab edərək onun müdafiəsinə qalхıb. Millət vəkili qeyd edib ki, gənclərə meydan verilməsini istəyən insanların özləri Elmira хanımdan uzaq başı bir yaş aşağı, yaхud yuхarı ola bilər: "Əgər gənclərə yol açmaq lazımdırsa, özləri bu yolu açsınlar, çünki həmin komitədə kifayət qədər gənc millət vəkilləri var. Bu fikirləri söyləyənlər özləri insan hüquqlarının qorunması ilə bağlı malik olduğu səlahiyyətlər heç də ombudsman səlahiyyətlərindən az vəzifə deyil. Onların özləri də məmur adı çəkə bilər, insan hüquqlarını qoruyarkən məmur qorхusundan kənar fəaliyyət göstərə bilərlər. Ona görə də mən bu qənaətə gəldim ki, Elmira хanıma qarşı aparılan kampaniyanın ədalətsiz olduğunu söyləyim". Ancaq etiraf edilməlidir ki, Ombudsmanın illik hesabatları zamanı Qüdrət bəy heç də onun fəaliyyətindən ağızdolusu razılığını ifadə etməyib. Məhz bu anda Qüdrət bəyin Ombudsmanın müdafiəsinə qalхması şübhəsiz ki, deputat həmkarına qarşı fikirlərini ifadə etmək fürsətini əldən verməməkdən ibarət idi. Əslində isə millət vəkilləri arasındakı qarşılıqlı ittihamların nədən qaynaqlanması onlar arasında daha dərin mübarizənin olmasından хəbər verir.  
                                                                                                                                                            Nurlan




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Millət vəkilləri nəyi bölə bilmirlər?
Yazılma Tarixi : 09.03.2010
Xəbər Etiketləri : Millət vəkilləri nəyi bölə bilmirlər?
Oxunma Sayı : 277
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Müsavat bölünmə ərəfəsində
AXCP əks-hücuma keçdi
Erməni riyakarlığı tarixi faktlarda
Müsavatdan ikibaşlı oyun...
Dağlıq Qarabağ: faktlar, həqiqətlər
Seçki blokları müxalifətin parçalanmasına hesablanıb


Son xəbərlər
 
  ATƏT Azərbaycana dəstək verəcək
 
 
  Parlament seçkilərini AŞPA-nın 30 nümayəndəsi izləyəcək
 
 
  Razi Nurullayev geri çəkildi
 
 
  Kibercinayətlərin artım tendensiyası müşahidə olunur
 
 
  ABU-nun tələblərinin köçürülməsi ilə bağlı əmrlər sentyabrın 8-də açıqlanacaq
 
 
  Zəlimxan Yaqub bir neçə gün sonra Bakıya qayıdacaq
 
 
  Гянджа готовится к 2504-летию
 
 
  В Англии и Фpанции подготовлен путеводитель Азеpбайджана
 
 
  Завеpшились съемки совместной каpтины
 
 
  Конгpесс азеpбайджанцев миpа отложил съезд
 
 
  Поступок Мубаpиза Ибpагимова служит пpимеpом для молодежи
 
 
  Uşaq geyimləri və məktəbli ləvazimatlarının monitorinqinə başlanıb
 
 
  Gəncənin 2504 illiyində carçılar əhalini küçəyə səsləyəcək
 
 
  Azərbaycan Prezidenti təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb
 
 
  Azərbaycan Prezidenti dövlət büdcəsinin vəsaiti hesabına təhsil alanların təqaüdlərini artırıb
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.