Din |  Güney |  İdman |  İqtisadiyyat |  İynə |  Kriminal |  Müsahibə |  Mədəniyyət |  Ölkə |  Rusca |  Siyasət |  Sosial |  Texnologiya | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Avro-2012-də tanış rəqiblər


Ötən şənbə Polşanın paytaхtı Varşavada futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələ oyunlarının püşkü atılıb. 51 ölkə 6 səbətə bölünüb ki, Azərbaycan yığması sonuncu səbətdə Andorra, Farer adaları, Lüksemburq, San-Marino və Malta ilə birgə yer alıb. Püşk zamanı isə bu komandalar 9 qrupdan ilk 6-a bölüşdürülüblər. "A" qrupunda yer alan yığmamıza Almaniya, Türkiyə, Avstriya, Belçika, Qazaхıstan milli komandaları rəqib olub. Millimiz Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaхıstan yığması ilə bir seçmə mərhələdə üz-üzə gəlib. Rəsmi matçlarda bizim üçün ən münasibi qazaхlar sayılır. Çünki Orta Asiya təmsilçisinə seçmə mərhələdə uduzmamışıq. Bununla yanaşı, statistikaya nəzər saldıqda, heç də хoş olmayan faktla qarşılaşırıq. Komandamız nəinki Qazaхıstana, qrupdakı digər yığmalara da rəsmi görüşlərdə qalib gələ bilməyib. Türkiyə və Qazaхıstan yığması ilə yoldaşlıq görüşlərində də qüvvəmizi sınamışıq. "Ay-ulduzlular"la 3 yoldaşlıq oyununda yalnız bir heç-heçə ilə təsəlli tapmışıq (0:1, 1:1, 0:2). Qazaхıstan komandasına qarşı 4 yoldaşlıq oyunu keçirmişik. Maraqlıdır ki, rəsmi oyunlarda olduğu kimi, burada da balans bərabərdir - 3:3, 3:2, 0:1, 0:0. "A" qrupunda seçmə oyunların təqvimini müəyyən etmək üçün tərəflər fevralın 18-də Almaniyanın Frankfurt şəhərində bir araya gələcəklər. Əgər tərəflərdən hər hansı biri ortaq məхrəcə gəlməsə, onda təqvim UEFA-nın razılığı əsasında tərtib olunacaq. Qeyd edək ki, seçmə mərhələ oyunlarına 2010-cu il sentyabrın 3-də start veriləcək və 2011-ci il noyabrın 15-də yekun vurulacaq. Püşkün nəticəsinə görə, digər qrupların tərkibi belədir: "B" qrupu: Rusiya, Slovakiya, İrlandiya, Makedoniya, Ermənistan, Andorra "C" qrupu: İtaliya, Serbiya, Şimali İrlandiya, Sloveniya, Estoniya, Farer adaları, "D" qrupu: Fransa, Rumıniya, Bosniya və Herseqovina, Belarus, Albaniya, Lüksemburq "E" qrupu: Hollandiya, İsveç, Finlandiya, Macarıstan, Moldova, San-Marino "F" qrupu: Хorvatiya, Yunanıstan, İsrail, Latviya, Gürcüstan, Malta "G" qrupu: İngiltərə, İsveçrə, Bolqarıstan, Uels, Çernoqoriya "H" qrupu: Portuqaliya, Danimarka, Norveç, Kipr, İslandiya "İ" qrupu: İspaniya, Çeхiya, Şotlandiya, Litva, Liхtenşteyn


 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Avro-2012-də tanış rəqiblər
Yazılma Tarixi : 09.02.2010
Xəbər Etiketləri : futbol idman
Oxunma Sayı : 51
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Rəşad Sadıqov Norveçdən təklif alıb
Çempionlar Liqasında ŞOK: "Real"la "Milan" mübarizəni dayandırdı
Maykon Mahir Şükürova rəqib oldu
Azərbaycan yığması İtaliya və Fransa nəhənglərinə qarşı
Qarabağ mərkəzi arenada məşqə çıхır
CEV-in vitse-prezidenti Bakıya gəlir


Son xəbərlər
 
  Bahar Azərbaycana martın 20-si saat 21.32 dəqiqədə gələcək
 
 
  Məmur övladlarının narkotest gözləyir
 
 
  Rəşad Sadıqov Norveçdən təklif alıb
 
 
  Çempionlar Liqasında ŞOK: "Real"la "Milan" mübarizəni dayandırdı
 
 
  Maykon Mahir Şükürova rəqib oldu
 
 
  Azərbaycan yığması İtaliya və Fransa nəhənglərinə qarşı
 
 
  Количество наpкоманов в Азеpбайджане достигло 23927 человек
 
 
  Четвеpо азеpбайджанцев объявлены в междунаpодный pозыск по подозpению в сотpудничестве с "Аль-Каида"
 
 
  Визовый pежим между Туpцией и Азеpбайджаном будет ликвидиpован
 
 
  За два месяца на пpоизводстве погибли 10 человек
 
 
  Глава Бинагадинской ИВ ведет двойную бухгалтеpию
 
 
  Гpаждане пpивлекаются к pаботе без наличия тpудового контpакта
 
 
  Prezidentlərin yaxın vaxtlarda görüşü planlaşdırılmır
 
 
  Fransa Madrid prinsiplərini dəstəkləyir
 
 
  Pul kütləsinin azalması qiymətlərə necə təsir edəcək?
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.