Elmin müxtəlif sahələrində işlər aparılır Hazırda AMEA Şəki Regional Elmi Mərkəzində 80 nəfər çalışır. Onlardan 28-i elmi işçi, 5 nəfər elmlər doktoru, 10 nəfər isə elmlər namizədidir. AMEA-nın mətbuat xidmətinin məlumatına görə, elmi mərkəzdə ipəkçilik, biokimya, biofizika, geokimya, yabanı və mədəni bitkilərin genefondu, sellərin öyrənilməsi, folklorşünaslıq və el sənətləri laborotoriyalarında işlər həyata keçirilir. ("OLAYLAR"İA)
|
|